İŞİD Türkiyəyə mina atdı
Sentyabr 15
14:13
2014
867 dəfə baxılıb
ANS PRESS-in Türkiyə mətbuatına istinadən xəbərinə görə, ölkənin Mardin vilayətinin Nusaybin rayonu ilə həmsərhəd olan Suriyanın Qamışlı şəhərinin Tılxamis kəndində İŞİD terrorçuları ilə YPG qüvvələri arasında atışmalar davam edir. İŞİD terrorçularının Qamşılını hədəfə götürərək minaatanlardan atdığı iki mərmi Nusaybin rayonuna düşüb.
Yerli vaxtla saat 21.00-də atılan mərmilərdən biri beynəlxalq “İpək Yolu”na, digəri isə sərhəd zonasındakı əraziyə düşüb.
Hadisə nəticəsində ölən və yaralanan olmasa da baş verənlər yerli sakinlər arasında təşvişə yol açıb.
Polis yerli sakinlərə sərdəhyanı zonalardan uzaq olmaları istiqamətində xəbərdarlıq edib.
Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.
Sələf Xəbər: XX-ci əsrin digər məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).