Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD üzvləri Türkiyəyə təslim olub

İyun 20
15:00 2015

İŞİD terror xəvaric qruplaşması üzvü olan 5 Türkiyə vətəndaşı ölkənin Suriya ilə sərhədindəki Kilisə gələrək türk təhlükəsizlik qüvvələrinə təslim olub.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, biri uşaq, ikisi qadın olmaqla 5 İŞİD terror xəvaric qruplaşması üzvünün Ankara qeydiyyatında olduqları aydınlaşıb.

Kilis Ədliyyəsinə aparılan 5 nəfərin, peşman olduqlarını söylədikləri öyrənilib. Bu səbəbdən onlar həbs edilmədən Ankaraya göndərilib.

Sələf Xəbər: Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər