İŞİD virus yayır
Dekabr 05
18:35
2015
760 dəfə baxılıb
Hal-hazırda o, çox sayda insanı məhv edib.
Suriyada təhlükəli xəstəlik yayılır, leyşmanioz adlanan bu xəstəlik insanların bədənini çürüdür. Bu barədə LifeNews məlumat yayıb.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu virus hər zaman mövcud olub, amma o, indi dəhşətli sayda insanı məhv edib.
Bu xəstəliyin Suriyada yayılmasına səbəb isə İŞİD terror xəvaric qruplaşmasının ölülərin cəsədlərini küçə ortasında qoymalarıdır. Çürüyən meyitlərin xəstəliyini həşəratlar yayır.
Xəstəlik Suriyanın hərbi qarşıdurmaların olduğu rayonlarında daha çox yayılıb. Suriyada müharibə şəraitində faktiki olaraq səhiyyə sistemi pozulub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, leyşmaniozdan hər il 30 minə yaxın adam ölür.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.