İŞİD WhatsApp-a görə edam etdi
767 dəfə baxılıb
“Sələf Xəbər” Alarabiyya.net-ə istinadən bildirir ki, Suriya İnsan Hüququ təşkilatının verdiyi məlumata görə İŞİD terror xəvaric qruplaşması Suriyanın Şərqi Deyr əz-Zour əyalətinin Xəşam bölgəsində 2 ay öncə həbs etdiyi 22 yaşlı qadını edam edib.
Təfsilatda deyilir ki, terror təşkilatı qadının evində axtarış aparmış və onun mobil telefonunda WhatsApp-da doğmaları ilə danışdığı səsli yazılar aşkar edilmişdir. Qadının yaxınları İŞİD terror xəvaric qruplaşmasının düşmən hesab etdiyi Qəlmun əyalətində fəaliyyət göstərən “Usud əş-Şərqiyyə” dəstəsinə mənsubdurlar. Qız qohumları ilə İŞİD terror xəvaric qruplaşması haqqında danışdığı üçün terror qruplaşması onu edam etmək üçün həbs edib.
Məlumata görə İŞİD terror xəvaric qruplaşması ötən 14 ay, dırnaqarası “xilafət” dövründə müxtəlif bəhanələrlə 95 nəfər qadını edam edib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.