İŞİD Xəvaric qruplaşması daha 3 iri yaşayış məntəqəsini ələ keçirdi
1. 705 dəfə baxılıb
İraq İslam Şam Dövləti (İŞİD) silahlıları İraqın Anbar vilayətindəki daha 3 iri yaşayış məntəqəsini ələ keçirib.
Yerli mənbələrin məlumatına görə, Suriya-İraq sərhədindəki al-Kaim şəhərindən sonra Rave, Anhu, Er-Retbe Hadise yaşayış məntəqələrindən də ordu çıxıb. Bundan sonra İŞİD silahlıları bu əraziləri nəzarətə götürüb.
İŞİD-in nəzarətində olan Ramadi şəhərinin El-Humeyra və El-Melab bölgələrində də döyüşlər davam edir.
Bir müddətdir toqquşmaların davam etdiyi İraqda İŞİD silahlıları Mosul və Səlahəddin vilayətinin mərkəzi Tikrit və bəzi ətraf əraziləri ələ keçirib.
Suriyada isə İraq İslam Şam Dövləti silahlıları Hələbin şimalında əməliyyatlar keçirəcəklərini bildiriblər. Bununla bağlı onlar bəzi kənd sakinlərinə evlərini tərk etmələrilə bağlı xəbərdarlıq edib.
Mənbə: QAFQAZINFO.az
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə).
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!