İŞİD xəvaric terror qruplaşmasına qarşı vuruşan suriyalı müxaliflərə Türkıyə və ABŞ-dan havadan dəstək
721 dəfə baxılıb
“Sələf Xəbər”in Sunna Press-ə istinadən verdiyi xəbərə görə, Türkiyə və ABŞ arasında İŞİD xəvaric terror qruplaşması ilə vuruşan suriyalı müxalifləri havadan müdafiə etmək haqqında razılıq əldə olunub.
Fevral ayında Türkiyə və ABŞ, İŞİD xəvaric terror qruplaşmasına əks müqavimət göstərə bilməsi üçün dinc Suriya müxalifətinə hərbi təlimlər keçmək və onları silahla təmin etmək barədə razılaşma əldə etdilər. Bu məqsəd üçün ABŞ yarım millard dollar ayırıb.
“Onları havadan müdafiə etmək lazımdır. Onları hava müdafiəsi ilə təmin etməsək, təsəvvür edə bilirsinizmi nələr baş verə bilər?”- deyə türk Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu KİV-ə bildirdi.
Amerika rəsmi şəxslərinin məlumatına görə, proqram üç ilə Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar bazalarında ildə təxminən 5 min suriyalıya təlim keçməyi nəzərdə tutur.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, Suriyaya gedənlər xəvaric və təkfirçi qruplaşmalarının təsiri altına düşə bilərlər, hansılar ki, iraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”