Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD yeni kimyəvi silahdan istifadə edib

Avqust 26
17:10 2015

Özünü “İslam xilafəti” adlandıran İŞİD terror xəvaric qruplaşması Suriyanın şimalındakı Mareya ərazisində kimyəvi silahlardan istifadə etməyə başlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Sərhədsiz həkimlər (MSF) təşkilatı sözügedən ərazidə nəfəs almağa çətinlik çəkən və bədənlərində müxtəlif şişlər olan ailəni müalicə etdikdən sonra İŞİD terror xəvaric qruplaşması artıq kimyəvi silahların istifadəsinə start verdiyinə əmin olub.

Qeyd edək ki, Amerika Təbiblər Dərnəyi də kimyəvi silaha məruz qalan və müxtəlif yaralardan əziyyət çəkən 50-dən çox xəstəni müayinə etdiyini açıqlayıb.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kədayya əl-asriyyə”, 47)

Digər xəbərlər