Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İŞİD yollardadır, bəs ABŞ təyyarələri hardadır?”

May 20
15:29 2015

İŞİD terror xəvaric qruplaşması bayram edib.

İraqın Ramadi şəhərini də ələ keçirən İŞİD terror xəvaric qruplaşması silahlıları güc nümayişi ediblər.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İraqın ənbar vilayətiinin qərbindəki yolllardan birində yüzlərlə İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin maşınından ibarət karvan sevinc şüarları ilə nümayişə çıxıblar. İŞİD terror xəvaric qruplaşmasının bu görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Tvitter mikro-bloqunda yayılan şəkillərdə istifadəçiləri maraqlandıran məqamlardan biri də niyə koalisiya qüvvələri təyyarələrinin həmin karvana hücum etməməsi olub.

“İŞİD yollardadır, bəs ABŞ təyyarələri hardadır?”, – deyə istifadəçilər yazıblar.

Xatırladaq ki, mayın 17-də İŞİD terror xəvaric qruplaşması İraqın qərbindəki əl-Ənbər əyalətinin mərkəzi sayılan ər-Ramadi şəhərini ələ keçirib. Bu hücumlardan sonra isə şəhəri 25 min nəfər tərk etmək məcburiyyətində qalıb.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər