İŞİD zəhərli qazı hardan əldə edir?
689 dəfə baxılıb
Kimyəvi Silahların Qadağan olunması Təşkilatı İŞİD terror xəvaric qruplaşmasının Suriya ərazisində kimyəvi silahlardan istifadə etdiyini təsdiqləyib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu haqda ilkin məlumatı “Röyter” agentliyi yayıb.
Təşkilatın 21 avqustda Alepponun şimalında yerləşən Marea şəhərində yaşanan insidentlə bağlı hazırladığı hesabatda deyilir ki, ən azı iki nəfər xardal qazının təsirinə məruz qalıb.
Təşkilatdan verilən məlumata görə, hazırda İŞİD terror xəvaric qruplaşmasının bu etdiyi böyük narazılıq doğurub. Belə ki, mövcud ehtimala görə, terrorçular artıq özləri bu qazın istehsalını öyrəniblər. İkinci real variant isə Suriyanın il yarım öncə ərazisindən çıxarılmalı olduğu və hesabatda göstərilməyən zəhərli maddənin qalıqları İŞİD terror xəvaric qruplaşması tərəfindən ələ keçirmə ehtimalıdır.
Hazırda Kimyəvi Silahların Qadağan olunması Təşkilatı mövzuyla bağlı araşdırmaları davam etdirir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)