Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İslam Alyansı” ölkələri İŞİD-ə qarşı qərar qəbul edib

Mart 28
18:35 2016

“İslam Alyansı” ölkələri İŞİD terror xəvaric qruplaşmasının maliyyə qaynaqlarını kəsəcəklər.

“İslam Alyansı” ölkələrinin birinci yığıncağında İŞİD terror xəvaric qruplaşmasına qarşı effektiv mübarizə aparmaq üçün qərarlar qəbul olunub.

“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Alyansa üzv olan ölkələrin ordularının baş qərargah rəisləri toplaşıblar.

Toplantıda İŞİD terror xəvaric qruplaşması maliyyə qaynaqlarının üzə çıxarılması və kəsilməsi haqda qərar qəbul edilib.

Xatırladırıq ki, “İslam Alyansı”na 34 müsəlman dövləti daxildir. Alyans Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə və Pakistan kimi böyük müsəlman dövlətlərinin təşəbbüsü ilə yaradılıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər