Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İslam düşməninə müsəlmanlar nə etdilər?! – FOTO

Oktyabr 14
17:56 2015

10 oktyabr “İslama və Məscidlərə” qarşı etiraz aksiyasında iştirak edən ABŞ-ın Ohayo ştatının sakini müsəlmanlar tərəfindən gözləmədiyi davranışla üzləşib. Bundan sonra o, İslam dininə və müsəlmanlara qarşı münasibətini köklü şəkildə dəyişib.

Şənbə günü Anna adlı amerikalı qadın əlində İslam əleyhinə şüarlar yazılmış plakatlarla Ohayo ştatında yerləşən Nur məscidinə gələrək piket keçirib.

annie-placard

Məscid nümayəndələri qadını bir fincan qəhvə içməyə dəvət ediblər. Amerikalı qadın əvvəlcə təklifi rədd edib. Bu zaman ona Sintiya Yevqeniya Koks adlı yerli müsəlman bir qadın yaxınlaşaraq gözlənilməz sonluqla nəticələnən dialoq qurub.

Əvvəlcə müsəlman qadın aksiya iştirakçısından çox qorxulu görünüb-görünməməsi barədə soruşub.
Aksiya iştirakçısı “xeyr, qorxulu görünmürsünüz!” deyə cavab verib.

Daha sonra müsəlman qadın Annanı qucaqlayaraq məscidə dəvət edib. Ürəyi yumşalan etirazçı dəvəti qəbul edərək məscidi gəzib. Uşaqlar üçün dərs keçilən sinif otaqları və camaat namazının icrası ilə tanış olan amerikalı qadın iki saat ərzində aparılan söhbətdən sonra İslam dini haqqında fikrini dəyişdiyini etiraf edib. Sonradan məscidi tərk edən qadın üzündə təbəssüm, əlində Quranın ingilis dilinə tərcüməsi ilə evə qayıdıb.

Müsəlmanlardan üzr istəyən qadın belə deyib: “Mən güman etməzdim ki, müsəlmanlar bu qədər mehriban ola bilərmiş, xüsusilə orada əlimdə plakatlarla dayandığım halda”.

Mənbə: islamnews.ru

Digər xəbərlər