İslam Əməkdaşlığı Təşkilatı Yəmən hakimiyyətini dəstəkləyən koalisiyanın atdığı addımları dəstəkləyir
891 dəfə baxılıb
“Sələf Xəbər”in “əl-Ənbə” qəzetinə istinadən məlumatına görə, İslam Əməkdaşlığı Təşkilatının rəhbəri İyad Mədəni bəyan edib ki, təşkilat Yəməndə baş verən hadisələri diqqətlə, yaxından izləyir və Husi camaatının özbaşnalığından qurtarmaq üçün Yəmən rəhbərliyinin xahişi ilə Yəməni qanun çərçivəsində müdafiə edən ölkələri dəstəkləyir.
İyad Mədəni KİV nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, ötən çıxışlarında da Husuləri Yəməndə vətəndaş müharibəsi yaratmasından çəkindirmişdir.
İslam Əməkdaşlığı Təşkilatının rəhbəri bildirib ki, Husilər silah və xarici güclərdən istifadə edərək ölkədə mədəni dialoqu pozub.
İyad Mədəni deyib: “İslam Birliyi Təşkilatı beynəlxalq qanun çərçivəsində təsdiqlənmiş addımlara edilən kənar müdaxiləni əsassız sayır. Bir daha təşkilat Yəmənin birliyini, sabitliyini təhlükəsizliyini müdafiə edir və ən yaxın zamanda Yəmənin əvvəlki təhlükəsizliyinə qovuşmağını arzu edir”.