İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü Nyu Yorkda keçirilib
Sentyabr 23
16:59
2016
817 dəfə baxılıb
Selefxeber.az-ın “Axar.az”-a istinadən məlumatına görə, bu barədə informasiyanı “RİA-Novosti” agentliyi yayıb. Görüşdə Daşkənddə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 43-cü sessiyasına hazırlıq müzakirə edilib.
Azərbaycanı görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edib.
Qeyd edək ki, İƏT 1969-cu ildə yaradılıb. Təşkilatın əsas məqsədi iqtisadi, sosial və siyasi sferalarda islam ölkələrinin həmrəyliyinin təmin edilməsidir. Təşkilata hazırda 57 ölkə üzvdür.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).