Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İslam koalisiyasının yaradılması İslamı terrorla əlaqələndirənlərə ən yaxşı cavabdır”

Dekabr 16
17:11 2015

“Bu koalisiyanın yaradılması irəliyə doğru müsbət addımdır”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

O bildirib ki, terrorizmə qarşı İslam koalisiyasının yaradılması barədə təklif Səudiyyə Ərəbistanından gəlib: “Bizim Səudiyyə Ərəbistanı ilə həmişə yaxın və sıx əməkdaşlığımız olub. Biz İslam koalisiyasının yaradılması məsələsinin müzakirə olunduğu görüşə Səudiyyə Ərəbistanı tərəfindən dəvət almışıq. Türkiyə bu koalisiyada iştirak etməyə hazırdır”.

Baş nazirin sözlərinə görə, bu koalisiyanın yaradılması irəliyə doğru müsbət addımdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib.Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir. Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək.

Sələf Xəbər: Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər