Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İslam ölkələri İslamabadda toplaşıb

Mart 07
21:25 2015

İslam ölkələrinin beyin mərkəzləri İslamabada toplaşıb.

İslam Ölkələrinin Beyin Mərkəzlərinin 6-cı Sammitində 60-a yaxın ölkənin dövlət və beyin mərkəzlərinin nümayəndələri iştirak edir.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, Türkiyənin TASAM, Pakistanın Prezident Administrasiyası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə İslamabadda “İslam ölkələrinin beyin mərkəzlərinin 6-cı Sammiti” öz işinə başlayıb.

Bu gün başlayan sammit martın 9-da başa çatacaq. Tədbirdə Pakistan prezidenti Məmnun Hüseyn daxil olmaqla, 60-a yaxın ölkənin dövlət və beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

İlk paneldə çıxış edən Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov öz məruzəsində İslam ölkələrində mövcud iqtisadi vəziyyəti qiymətləndirərək iqtisadi çətinliklər və inkişaf perspektivlərinə toxunub. İqtisadçı alim institutsional baxımdan İslam dini ilə iqtisadi inkişaf arasındakı əlaqələri təhlil edərək sözügedən dövlətlərdə iqtisadi inkişaf üçün yeni yanaşmalar irəli sürüb.

Vüqar Bayramov çıxışında Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumat verərək Azərbaycan iqtisadi modelinin əsas mühüm xarakteristikasını verib. O, eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin bir sıra müsəlman ölkələri, o cümlədən, Türkiyə, İraq, Qazaxıstan və Türkmənistan üçün yaratdığı real və potensial iqtisadi imkanlardan danışıb.

Tədbirdə ölkəmizi İSİM ilə yanaşı, Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi də təmsil edir.

Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)

“Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər