İslam Təşkilatı “Charlie Hebdo”da törədilən terror aktını pisləyib
811 dəfə baxılıb
“Bu cür terror aktları yalnız cinayətkarların əməllərini təmsil edir”.
“Sələf Xəbər” www.oic-oci.org saytına istinadən xəbər verir ki, İKT Baş Katibliyinin İslamofobiya Müşahidə Evinin danışmanı 2015-ci il, yanvar ayının 7-də Parisdə “Charlie Hebdo” jurnalının ofisində törədilmiş terror aktını qəti şəkildə pisləyib. Təşkilatın danışmanı öz sözlərinə əlavə edib ki, bu cür terror aktları yalnız cinayətkarların əməllərini təmsil edir.
O, həmçinin, İslam Konfransı Təşkilatının terrorçuluğun bütün forma və təzahürlərini pisləyən sabit mövqeyini xatırladıb və zorakılıq və radikallığın, həqiqətən, İslamın ən böyük düşmənləri olduğunu və onun bütün fundamental prinsipləri və dəyərlərinə zidd olduğunu təsdiqləyib.
Danışman İKT adından cinayətkarların Fransa səlahiyyətli orqanları tərəfindən həbs olunacaqlarına və mühakimə ediləcəklərinə ümid bəslədiklərini bildirib.
Yaxınlarından məhrum olmuş ailələrə isə dərin rəğbət bəslədiklərini qeyd edərək onlara başsağlığı diləyib və onlarla həmrəy olduqlarını dilə gətiriblər. Hadisə zamanı yaralanmış insanlara isə ən qısa zamanda sağalmağı arzulayıblar.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır.
Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47)