Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İslamofobiya – milyon dollarlıq qazanc mənbəyi

İyun 24
18:06 2016

Amerika-İslam Əlaqələri Şurası və Kaliforniya Universitetinin son hesabatlarına görə, ABŞ-da müxtəlif təşkilatlar tərəfindən 2008-2013-cü illər ərzində müsəlmanlar əleyhinə propaqandalara 200 milyon dollardan çox pul xərclənib.

Bu illər ərzində xristian, sionist, feminist və informasiya təşkilatları olmaqla, ümumilikdə ölkədə fəaliyyət göstərən və maliyyələşdirilən 74 təşkilat tərəfindən islamafobiya düşüncəsi alovlandırılaraq islamafobiya tərəfdarlarının artmasına səbəb olub.

Amerika-İslam Əlaqələri Şurasının nümayəndəsi Amr Ruiz bildirib ki, ölkədə insanları islamafobiyaya təşviq etməklə ildə milyonlarla dollar qazanan şəxslər var. Özlərini yalandan islam üzrə mütəxəssis kimi təqdim edən bu şəxslər müsəlmanların heç bir zaman amerika cəmiyyətinə aid olmadığı haqqında fikirlər səsləndirməklə inslanlar arasında güvənsizlik yaratmağa müvəffəq olurlar.

“İslamafobiya iki istiqamətdə böyük təhlükələrə yol açıb: müsəlmanlara nifrət səbəbilə baş verən cinayətlərin sayının çoxalmasına və islam əleyhinə qanunların artmasına. Misal üçün deyə bilərəm ki, keçən il yalnız Florida ştatında müsəlmanlara qarşı nifrət və hücum halları 500 faiz çoxalıb”. – deyə, Ruiz qeyd edib.

Mənbə: Al Jazeera.

Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 57-ci ayə)

Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?

Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).

Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər