Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrail hərbçiləri fələstinlini güllələyiblər

Aprel 25
15:21 2015

Qüds yaxınlığında İsrail hərbçiləri gənc fələstinlini güllələyiblər.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəzarət-keçid məntəqəsində baş verib.

İsrail ordusunun nümayəndəsi bildirib ki, əlində iki bıçaq olan fələstinli gənc hərbçilərə hücum etməyə cəhd edib. Buna cavab olaraq hərbçilər atəş açmağa məcbur olublar.

Kimliyi hələ ki bəlli olmayan gənc aldığı yaralardan hadisə yerində keçinib. İnsidentin motivləri barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl İsrail hərbçiləri İordan çayının qərb sahilində reyd keçirərək HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinən 29 fələstinlini həbs etmişdilər.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (Müqəddəs Quran, “İsra” surəsi, 1-ci ayə).

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Allah həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər