Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrail Qəzzada müharibə cinayətləri törədib

Dekabr 15
14:22 2014

İsrail hərbçiləri ötən yay Qəzzaya hücum zamanı müharibə cinayətləri törədib və bu cinayətlər araşdırılmalıdır. “Sələf Xəbər” Saudigazett.com-a istinadən bildirib ki, bu barədə insan haqları üzrə məsləhətçi Amnesty İnternational təşkilatı bəyanatla çıxış edib.

Təşkilatın hesabatında qeyd edilib ki, 50 günlük ildırım sürətli müharibənin son 4 günü ərzində 4 çoxmərtəbəli tikilinin dağıdılması beynəlxalq humanitar hüququnun pozulmasıdır.

“Əlimizdə olan bütün dəlillər bu irimiqyaslı dağıntının düşünülmüş şəkildə və heç bir hərbi bəraət olmadan həyata keçirildiyini göstərir”,- deyərək Amnesty İnternational təşkilatının Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Filip Lüter bildirib. O deyib: “Müharibə cinayətləri müstəqil və qərəzsiz şəkildə araşdırılmalıdır və məsul şəxslər ədalətli mühakimə yolu ilə məsuliyyətə cəlb edilməlidir”.

İsrail hərbçilərinin bəyanatları da daxil olmaqla bütün dəlillər hücumların Qəzza camaatının dolanışıq vasitələrini məhv etmək üçün onlara qarşı kollektiv cəza xarakteri daşıdığını göstərir.

Amnesty təşkilatının bu bəyanatına İsrail hökuməti dərhal cavab verməyib. Lakin İsrail BMT-ni özünə qarşı qabaqcadan əmələ gəlmiş mənfi rəydə olmaqda günahlandıraraq münaqişə zamanı mümkün müharibə cinayətləri üzrə araşdırmanın həyata keçirilməsində əməkdaşlıq etməkdən imtina etmişdir.

İsrail ordusu, BMT məktəbinin gülləboran edilməsi də daxil olmaqla müharibə zamanı baş vermiş insidentlərlə əlaqəli bir sıra cinayət istintaqlarına başlayıb. Tibb nümayəndələri bu gülləboran nəticəsində ən az 15 nəfərin, çimərliyin bombardman edilməsi nəticəsində isə 4 nəfərin öldürüldüyünü bildirib.

Lakin tənqidçilər İsrailin həyata keçirdiyi təhqiqatların qərəzsiz olmayacağını bildirib. Əksəriyyəti mülki şəxslər olan 2100 nəfərdən çox fələstinli İsrail və Hamas hərbçiləri arasında gedən və avqust ayının 26-na qədər davam edən döyüşlər nəticəsində həlak olub. İsrail tərəfdən 67-si əsgər olmaqla 73 nəfər öldürülüb.

Dağıdılmış mühüm tikililərdən biri də Rəfah şəhərində yerləşən Bələdiyyə Ticarət Mərkəzi olub. Amnesty İnternational təşkilatının hesabatında deyilir ki, alış-veriş mərkəzi, klinika və idarələrdən ibarət olan bu tikili yüzlərlə ailənin dolanışıq yeri olub.

İsrail hərbçiləri dağıdılacaq tikililərin sakinlərinə tikililəri tərk etmək barədə xəbərdarlıq edib, lakin onlara mühim əşyalarını götürməyə də imkan verilməyib. Təşkilatın verdiyi məlumata əsasən, yaxınlıqda yerləşən tikililərə dəyən ziyan nəticəsində onlarla insan xəsarət alıb, yüzlərlə insan evsiz qalıb.

Lüter bildirib: “Hərbçilər mülki şəxslərə və onların əmlakına dəyən zərəri minimallaşdıracaq hücum vasitələri və üsulları seçmək öhdəçiliyini boyunlarına götürmüşdülər”.

O, sözlərinə əlavə edib ki, İsrail ordusu əvvəllər də müəyyən yüksək mərtəbəli binalara onları tam dağıtmadan havadan hücumlar etmişdi. Təşkilat nümayəndələri bildirib ki, onlar hava hücumları barədə aşkarladıqları məlumatları İsrail hökumətinə yollayıblar və hər bir konkret hücumun nə üçün həyata keçirildiyi barədə hökumətə sual ünvanlayıblar, lakin adekvat cavab əldə etməyiblər.

Hesabatda Amnesty İnternational və digər insan haqları təşkilatlarının Qəzzaya çıxışına və BMT-yə öz təhqiqatlarını heç bir əngəl törətmədən həyata keçirməsinə icazə verilməsinə çağırılıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə).
“…Allah-Təala bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər