Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrail Qəzzaya hava zərbəsi endirib

May 05
16:30 2016

İsrail hava qüvvələri Qəzzadakı silahlı qruplardan birinə hava hücumu təşkil edib.

“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı İsrailin “Maariv” qəzeti yayıb.

Məlumata görə, “Həmas”a yaxın qruplaşmalardan biri ölkənin cənubundakı Aşkelon şəhərinə raket atıb.

İsrail ordusu da bunun qarşlığında cavab zərbəsi endirib.

Hadisədə ölən və yaralananın olmadığı deyilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) haqqında ilahi qayğının daha bir təzahürü idi. Uca Allah ona arzu olunan məqsədə çatmağı hərtərəfli aslanlaşdırmış və onu öz sələflərindən və müasirlərindən üstün edən son dərəcə gözəl keyfiyyətlər bəxş etmişdir.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah-Təala, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər