Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrail Qüdsdə azan səsini kəsmək istəyir

Avqust 25
18:25 2016

İşğalçı İsrail qüvvələri azan verilən zaman yəhudi sakinlərin narahat olduğunu bəhanə edərək işğal etdikləri Şərqi Qüdsdə yerləşən bir çox binaların, evlərin və məscidlərin akustik qurğularını söküblər.

Bundan əlavə, işğalçı İsrail qüvvələri səsucaldıcıların səsini azaldaraq, onların istiqamətini fələstinlilər yaşayan məhəllələrə tərəf yönəldilməsi və azan səsinin yalnız məscid daxilində eşidiləbiləcək yüksəklikdə olması barədə şəhərin diğər məscidlərinə təlimat göndəriblər.

Fələstinli fəallardan olan Xəlil Təfəkcinin sözlərinə görə, yəhudilərin yaşadığı ərazilərin yaxınlığında yerləşən Beyt-Safafa, Əl-Şeyx Cərrah, Cəbəl Əl-Mukabir, Suur-Beykər və digər məscidlərdən səsucaldıcılar artıq sökülüb.

O, həmçinin qeyd edib ki, bununla da kifayətlənməyən işğalçı İsrail qüvvələri məscidlərə hər hansı bir səsucaldıcı quraşdırmazdan əvvəl onlara icazə üçün İsraildən lisenziya almaq barədə göstəriş veriblər. Əks halda, müsəlmanları ibadətə səsləmək üçün icazəsiz quraşdırılan hər hansı bir səsucaldıcı söküləcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər