İsrail təyyarələri Qəzzanı vurub
657 dəfə baxılıb
İsrail hərbi təyyarələrinin Qəzzanın cənubunda yerləşən iki bölgəni bombardman etdiyi bildirilib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi Qəzzanın cənubunda Həmasa aid iki hərbi bazanın İsrail hərbi təyyarələri tərəfindən vurulması ilə bağlı məlumat yayıb.
Hava hücumunun axşam saatlarında Qəzzadan atılan və İsrailin cənub bölgəsinə düşən raketə cavab olaraq həyata keçirildiyi bildirilib.
Nazirlik yanvardan bu yana Qəzzadan İsrailə 18 raket atıldığını da iddia edib.
Fələstin tərəfi isə hadisə ilə bağlı açıqlama verməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah-Təala möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Uca Allah, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!