Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrail və Fələstin Qəzzanı bərpa edəcək

Sentyabr 17
16:52 2014

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, BMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşma əldə olunub.

BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerri bildirib ki, razılaşma, işlərin aparılmasının təhlükəsizliyinə zəmanət verir, həmçinin görüləcək işlərə nəzarəti Fələstin həyata keçirəcək.

Qeyd edək ki, “HƏMAS” hərəkatının lideri Əbu Marzuk bundan əvvəl rəhbəri olduğu qruplaşmanın İsraillə birbaşa danışıqlar aparmaq məcburiyyətində olacağını bildirmişdi.

Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, xəbərdarlıq edib ki, HƏMAS ilə əməkdaşlıq pozula bilər.

“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir”.

Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə

Digər xəbərlər