Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrailin Qəzzaya hücumu davam edir: 3 ölü, 75 yaralı

Avqust 20
18:51 2014

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində qadın və azyaşlı uşaq daxil olmaqla, azı 3 nəfər ölüb, 75 fələstinli isə yaralanıb.

Ölənlər raket zərbəsi nəticəsində dağılan üçmərtəbəli yaşayış binasının uçqunları altından çıxarılıb. Ölənlər arasında qadının və üç yaşlı uşağın da olduğu bildirilir.

Qeyd edək ki, İsrail ordusu bu gecə Qəzza zolağına zərbələr endirib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Fələstin silahlıları tərəflər arasında əldə edilmiş atəşkəs rejimini pozaraq İsrail istiqamətində 3 raket buraxıb. Məlumata görə, İsrail ordusu, öz növbəsində, Qəzzaya cavab zərbələri endirib.

İsrail ordusuna cavab atəşi ilə bağlı əmri baş nazir Binyamin Netanyahu verib. Həmçinin, Qahirədə danışıqlarda iştirak edən İsrailin nümayəndə heyəti geri çağırılıb.

Digər xəbərlər