Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İsrailin təcavüzü nəticəsində Qəzzada yüzdən çox məscid dağıdılıb

Avqust 05
13:51 2014

“Sələf Xəbər” Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsrailin Qəzzaya bir aya yaxın davam edən hücumu nəticəsində 100-dən çox məscid dağılıb və ya ciddi zərər görüb. Bu barədə Fələstinin din və vəqflərlə işlər üzrə naziri şeyx Yusuf Adeis bildirib.

Adeis qeyd edib ki, “İsrail” Fələstin xalqının mənəvi ocaqlarını məhv edir, halbuki, insanlar həmin məscidlərə yardım və minimal yaşayış tələbatlarını ödəmək üçün müraciət edə bilərdi.

Nazir vurğulayıb ki, dini müəssisələrə hücumlar “israillilər” üçün yeni bir şey deyil. Adeis beynəlxalq təşkilatlardan, o cümlədən İslam Əməkdaşlığı Təşkilatından, Qəzza zolağı əhalisinin faktiki soyqırımı şəraitində yoxsullar və yetimlər üçün lazımi əşyaları və xidmətləri fasiləsiz olaraq tədarük etmələrini tələb edib.

Hazırda Qəzza zolağında döyüşlər davam edir. Bu gün üçün Fələstin tərəfinin itkiləri 1800-ü ötür. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Yüzlərlə insan yaralanıb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər