Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda faciə: 10 nəfər öldü

Sentyabr 08
18:25 2014

Sələf Xəbər”-in zaman.com.tr xəbər saytına istinadən xəbər verdiyinə görə, Türkiyədə tikintisi davam edən bir binada qəza baş verib.

İstanbulun Məcidiyəköy rayonunda “Ali Sami Yen” stadionu ərazisində inşa edilən “Torunlar” Holdinqinə məxsus binanın lifti 32-ci mərtəbədən yerə çırpılıb.

Qəza ilə bağlı açıqlama verən İstanbul şəhər meri Hüseyn Avni Mutlu ilkin olaraq bildirib ki, qəza vaxtı liftdə olan 10 işçi həyatını itirib, lakin ölənlərin sayının artıb-artmayacağı məlum deyil.

İnşaatın portaçısı “Torunlar GYO” firması mətbuata açıqlamasında, ölənlərin ailələrinə başsağlığı verib, qəzanın səbəblərinin araşdırıldığını bildirib: “İnşaat və bütün fəaliyyət dayandırılıb. Bütün araşdırmalar başa çatdıqdan və təhlükəsizlik sistemləri yenidən nəzərdən keçirildikdən sonra inşaat davam edəcəkdir.”

Hadisə ilə əlaqədar inşaatın məsul işçilərindən 8 nəfər artıq saxlanılıb. Məlum olub ki, qəzanın baş verdiyi vaxt lift eyni zamanda tikinti materialları ilə yüklü olub.

Digər xəbərlər