Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda güclü partlayış olub – 10 ölü, 15 yaralı – VİDEO

Yanvar 12
17:26 2016

Ölənlərdən 9 nəfərin alman turisti olduğu bildirilib.
İstanbulun Sultanahmet rayonunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Sələf Xəbər” Report”a istinadən xəbər verir ki, bu haqda İstanbul valiliyi bildirib.
Məlumata görə, hadisəni törədənlərin hədəfində turistlər olub.
Türkiyə KİV-lərinin yaydığı ilkin məlumata görə, partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir.
İstanbulda partlayışı terrorçu kamikadze törədib.
Bunu partlayışın şahidləri bildirib.
Onların sözlərinə görə, İstanbulun Sultanahmet rayonunun “Hipodrom” meyadnının yaxınlığındakı Dikilitaş hissəsinə turist qrupunun arasına bir nəfər girərək, özünü partladıb.
Məlumata görə, tursit qrupundakıların sayı çox olmayıb.
Şahidlər partlayışı 25-30 yaşında ağbənizli, qara saçlı bir nəfərin törətdiyini bildiriblər.
Yaxın saatlarda Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılığı ilə Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

🎬

Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları.)

Digər xəbərlər