Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda İŞİD sıralarına hazırlayan məktəb aşkarlanıb

Oktyabr 19
17:33 2015

İstanbulda İŞİD terror xəvaric qruplaşması sıralarına qoşulmağa hazırlaşan Özbəkistan və Tacikistandan olan miqrantlar saxlanılıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, tutulanlardan 24-ü uşaq, 29-u isə keçmiş döyüşçüdür.

Sözügedən məktəbdə uşaqlara şəriət dərsləri tədris edilib. Yaxın zamanda onların İŞİD terror xəvaric qruplaşması sıralarına qatmaq üçün İraq və Suriyaya aparılması nəzərdə tutulub.

Qeyd edək ki, İstanbul polisi bir neçə məktəbdə oxşar əməliyyatlar həyata keçirib.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər