Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda partlayışlar hazırlayan İŞİD üzvləri saxlanılıb

Mart 25
16:49 2016

İstanbul polisi terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən üç İŞİD terror xəvaric qruplaşması üzvünü həbs edib.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər İstanbulda terror aktları törətməyi planlaşdırıblar.

Məlumata görə, Türkiyə vətəndaşı Məhəmməd Nas, İraq vətəndaşı İbrahim Qanem Alşalevey və suriyalı Əli əl-Faraç Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərinə qarşı terror aktları törətməyə planlaşdırıblar.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər