“İstanbulda terror aktı törədən terrorçu İŞİD-lə bağlıdır”
661 dəfə baxılıb
Canlı bombanın Mehmet Öztürk olduğu təsdiqlənib.
Türkiyənin Daxili İşlər Naziri Əfqan Ala martın 19-da İstanbulun İstiqlal prospektində terror aktının Mehmet Öztürk tərəfindən törədildiyini açıqlayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Ə. Ala deyib ki, mənfur olayı törədən terrorçu 1992-ci ildə Qaziantepdə anadan olmuş Mehmet Öztürkdür.
Ə. Ala bildirib ki, əldə edilən faktların terrorçunun İŞİD terror xəvaric qruplaşması ilə bağlı olduğunu göstərir: “Mənə gələn məlumatlara görə Mehmet Öztürklə bağlı hər hansı axtarış qərarı olmayıb. Məsələnin bütün detalları hərtərəfli araşdırılır. İndiyə qədər olayla bağlı 5 nəfər saxlanılıb”.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)