İstanbulda terror törədən Nabil Fadlı İŞİD üzvü olub
Yanvar 13
16:12
2016
621 dəfə baxılıb
İstanbulun Sultanəhməd meydanında terror aktı törədən şəxsin kimliyi məlum olub. Hadisəni törədən Nabil Fadlı 1988-ci ildə Səudiyyə Ərəbistanında doğulub, Suriya vətəndaşıdır.
“Sələf Xəbər” Apa.TV-yə istinadən məlumat verir ki, onun İŞİD terror xəvaric qruplaşmasının üzvü olduğu bildirilir. İstanbula yanvarın 5-də qaçqın kimi qeydiyyata düşən Nabil Fadlıdan barmaq izləri götürülüb və o axtarışda olan terrorçular siyahısında olmayıb. Terrorçunun kimliyi barmaq izinin uyğunlaşdırılmasından sonra müəyyənləşib.
Hadisə zamanı terrorçu da daxil olmaqla 11 əcnəbi turist ölüb, 11 nəfəri əcnəbi olmaqla 14 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)