Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İstanbulda terrorçu İŞİD qruplaşmasının 31 üzvü tutulub

Dekabr 23
17:15 2016

İstanbulda keçirilən aniti-terror əməliyyatı zamanı terrorçu İŞİD qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılan 41 nəfərdən 31-i haqda həbs qətimkan tədbiri seçilib.

Selefxeber.az-ın məlumatına görə “Report” Habertürk-ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul prokurorluğu, terrora və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosunun əməkdaşları keçirib.

Onlara qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” maddəsi ilə ittiham irəli sürülüb.

Şübhəlilərin 10-u isə yaşadıqları ünvanlarda olmadıqlarından həbs edilməyiblər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər