İstanbulun mənzərəsini pozan göydələnlər söküləcək
862 dəfə baxılıb
“Sələf Xəbər” businessinsider.com saytına istinadən xəbər verir ki, 2013-cü il noyabr ayının 17-si, Bosfor körpüsündən Osmanlı dövründə tikilmiş Süleymaniyyə məscidi və onun minarələrinin arxasında göydələnlərin şəkli çəkilib.
Açıq havada diqqətlə baxdıqda görünür ki, İstanbulun tarixi yarımadasının və göylərə ucalan məscid minarələrinin silueti əsrlərdən sonra ilk dəfədir ki, dəyişib.
Türkiyə hökuməti İstanbuldakı yeni göydələnlərin sökülməsi barədə rəsmi sərəncam verib, çünki onlar şəhərin tarixi üfüqünü korlayır.
Bu yaxınlarda bir neçə müraciətdən imtina etmiş İstanbul Şəhər Bələdiyyəsi icazə sənədlərinin ləğv edilməsini və Aya-Sofiya, Topqapı Sarayı və Sultan Əhməd məscidi kimi tarixi tikililərin mənzərəsini qorumaq məqsədilə Zeytinburnu məhəlləsində yeni göydələnlərin sökülməsini təsdiqləyib.
“Alpar Memarlıq” şirkətinin inşa etdiyi yeni yaşayış evləri, şəhərin qərb hissəsində aparılan böyük abadlıq işlərinin bir hissəsi olaraq layihələşdirilib. Onların hündürlüyü 27-36 mərtəbədir. Lakin, bu qəti qərar gözlənilməz olmayıb. Belə ki, hələ binaların tikintisi zamanı bu layihə tənqid atəşinə tutulub.
Tənqidçilərdən biri, UNESCO olub. UNESCO şəhər rəsmilərini, İstanbulu Dünya Mirası siyahısından çıxarmaq və dəfələrlə xəbərdarlıq edildikdən sonra onu “təhlükəyə məruz qalmış ərazilər” siyahısına daxil etməklə hədələyib.