Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kanada İŞİD-in mövqelərinə ilk aviazərbələrini endirib

Aprel 09
17:30 2015

Aviahücumda 10 təyyarə iştirak edib.

Kanada Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Suriyada “İraq-Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması üzvlərinin mövqelərinə havadan zərbə endirib.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.

“F-18 qırıcı-bombardımançı təyyarələri Kanada hökumətinin İŞİD terror xəvaric qruplaşması ilə mübarizə üzrə beynəlxalq əməliyyatlarda iştirakını genişləndirmək haqqında qərar qəbul etdikdən sonra Suriyada ilk aviazərbələrini endirib”, – deyə İdarənin məlumatında bildirilir.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, havadan endirilən zərbələrin hədəfi İŞİD terror xəvaric qruplaşması yaraqlılarının Ər-Rəqqa şəhəri yaxınlığındakı qarnizonu olub.

Aviahücumda 10 təyyarə iştirak edib ki, onlardan da ikisi Kanadaya, altısı isə Amerikaya məxsus olub.

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər