Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbə evi haqqında bilmədiklərimiz – FOTO

Dekabr 09
16:23 2016

Əzəmətli və müqəddəs Kəbə onu görənlərin qəlbində uzunmüddətli bir təəssürat yaradır. Bu səbəbdən də bir çox insan üçün bütün dünyadakı müsəlmanların qibləgahı olan Kəbənin daxili görünüşü olduqca maraqlıdır.

Sələfxəbər.az-ın “Al Arabiya“ya istinadən məlumatına görə, Kəbə 180 kvadrat metr sahəni əhatə edir. Kəbənin içərisindəki 3 ədəd qəhvəyi rəngdə taxta sütun tavana dirək rolunu oynayır. Bu sütunlar olduqca möhkəm taxtalardan hazırlandığı üçün 1350 ildir ki, bütövlüyünü qoruyur. Hər sütunun diametri 44 santimetr təşkil edir. Bu sütunlar hələ Muhamməd peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) vaxtında Abdullah ibn Zübeyr tərəfindən yerləşdirilmişdir.

Hər bir sütun kvadratşəkilli taxta platforma üzərində oturub. Hər üç sütundan isə müxtəlif dövrlərdə zəvvarlar tərəfindən Kəbəyə bağışlanılan hədiyyələrin asıldığı dirək keçirilib.

Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.

Kəbənin divarları və döşəməsinə mərmər döşənilib. Tavanı və daxili divarları qırmızı ipək pərdə ilə örtülüdür. Üzərində ağ saplarla ərəb dilində Allahın adları işlənilib.

Həmçinin Kəbənin içində ərəb xəttatlığı ilə bəzədilmiş 8 daş vardır.

📷

08f31e5e-ee67-4bd4-8cba-f81b2c463db1

929f6e50-dd2c-42e1-ae56-e5b3eff3cb9d

e0f6f340-b0ec-41d4-847b-c17636099371

e1548830-95e5-4c13-8467-ffa8fa78bd0e

63b5d0e0-99f6-443a-993e-dbff02b45c0f

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).

Digər xəbərlər