Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbə məscidinin müəzzini Kəbə xaricində azan verir – VİDEO

Mart 25
20:25 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maşın şirkətlərinin işçilərindən biri Kəbə məscidinin müəzzini Əli əl-Mullanın azanını lentə alıb.

Belə ki, məşhur müəzzin maşın şirkətində olarkən onun azan verməsi xahiş olunur, o da heyranedici səsi ilə azan verir və bundan xoşlanan işçilər də həmin hadisəni lentə alırlar.

🎬

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah və Onun mələkləri (namazda) ön səfə salavat deyərlər. Azan verən səsinin gedib çatdığı yerlər qədər bağışlanar. Hər bir yaş və quru nə varsa (Qiyamət günü) onu təsdiq edər. O azan verənə namaz qılanın əcri qədər savab yazılar”. (Nəsai 646. Albani, “Sahih ət-tərğib” 235)

Digər xəbərlər