Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbə polisləri fiziki əngəlli insanın arzusunu həyata keçirdi – VİDEO

Oktyabr 01
17:36 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən Kəbə məscidinin polislərinin xeyirxahlığı barədə yazır.

Polis qüvvələri Kəbədə məscidində Qara daşı öpmə arzusunda olan sağlamlıq imkanları məhdud bir insanın arzusunu həyata keçirib.

Polislər, tıxac səbəbi ilə Qara daşa yaxınlaşa bilməyən fiziki əngəlli kişinin halını nəzərə alaraq namaz vaxtı nizam-intizam yaradılarkən daşa yaxınlaşma əməliyyatı dayandığı vaxt onun üçün şərait yaradıb və ona Qara daşı öpməyə kömək edib. Polis qüvvələrinin etdiyi insani davranış ”Səbq” saytının yayımladığı videoda əksini tapıb.

Kəbə məscidinin təhlükəsizliyi üzrə xüsusi polis qüvvələrinin əsas vəzifələri zəvvarların Kəbə məscidinin həyətinə girdikdən sonra məsciddən çıxdıqları ana qədər onların təhlükəsizliyini və nizam-intizamı təmin etməkdir. Bundan əlavə onlar xəstələrə və azmışlara yardım xidmətlərini də göstərirlər.

“Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.”

Qurani Kərim, “Zəlzələ” surəsi, 7-ci ayə

Digər xəbərlər