Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbədə fasiləsiz təmizlik işləri aparılır – FOTO

Sentyabr 24
21:04 2014

“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən bildirir ki, Həcc mövsümünün başlaması münasibəti ilə müqəddəs Kəbədə fasiləsiz təmizlik işləri aparılır. Səudiyyə Ərəbistanı rəsmiləri zəvvarların gigiyenik mühitdə ibadət etmələri üçün bunun vacib olduğunu deyirlər.

Yüzlərlə təmizlik işçisi növbəli şəkildə bütün sutka ərzində Kəbədə fasiləsiz təmizliklə məşğul olurlar. Bu vaxt ən çox ibadət edənlərə maneçilik törədilməməyə diqqət yetirilir.

Bundan başqa Həccin vacib əməllərinin yerinə yetiriləcəyi yerlərdə yoluxucu xəstəlik viruslarını məhv etmək üçün mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

📷

sx-news-648b

📷

sx-news-648a

 

“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin!”

Müqəddəs Quran, “Bəqərə” surəsi, 125-ci ayə

Digər xəbərlər