Kəbədə ilk dəfə “Sibə” avazında azan verildi – VİDEO
2. 507 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net saytına istinadən bildirir ki, uzun illər boyu Kəbə məscidində “Hicaz” və digər avazlarla verilən azan və iqamədən sonra ilk dəfədir ki, bu Müqəddəs məkanın zəvvarları Fəcr namazının ilk azanında “Sıbə” avazı ilə verilən azanı eşitmişdirlər.
Kəbə məscidinin ziyarətçisi Şeyx Həsən Diğririn həzin səslə verdiyi azanının səsini çəkərək Youtube-a yerləşdirib. Üç dəqiqəlik videonu şərh edənlərdən bəziləri bu səsdən hüznlənərək, həmin anda Fəcr namazını gözləyənlər arasında olmağı arzu etdiklərini yazıb.
Müəzzinlər avazları gözəl şəkildə əda etməkdə öz imkanları və xüsusi gücləri ilə fərqlənərək istədikləri avazı seçirlər. Lakin Hicazi, Mədəni (Mədinə şəhərinə nisbətdir), Sıbə, Bayat və Nəhəvand avazları müəzzinlər arasında daha məşhurdur.
Müəzzin həmçinin bir azanı bir neçə avazda verə bilər. Necə ki, Kəbə məscidinin məşhur müəzzini Şeyx Əli Molla, Hicazi və Mədəni avazlarını cəm etdiyi üçün onun verdiyi azan “müştərək” avaz adlanmışdır.
Sələf Xəbər: Şübhəsiz ki, müəzzini seçərkən səsi gözəl olanını seçmək lazımdır. Necə ki, Əbu Məhzura (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iyirmi nəfərə yaxın kişiyə azan verməyi buyurdu. Onlar da azan verdilər və Əbu Məhzuranın səsi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xoşuna gəldiyi üçün ona azanı öyrətdi: Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər. Əşhədu ən lə İləhə illəllah, əşhədu ən lə İləhə illəllah. Əşhədu ənnə Muhəmmədən Rasulullah, Əşhədu ənnə Muhəmmədən Rasulullah. Həyyə aləs salət, həyyə aləs salət. Həyyə aləl fələh, həyyə aləl fələh. Allahu əkbər, Allahu əkbər. Lə İləhə illəllah. İqaməni isə iki-iki (deməyi) öyrətdi”. (Nəsai, Tirmizi, Beyhəqi, İbn Xuzeymə və digərləri rəvayət etmişdirlər.)