Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbənin novçasının mismarlı olmasının sirri – FOTO

Mart 10
16:42 2017

Müqəddəs Kəbənin şimal guşəsi (“İraq küncü” də deyirlər) və qərb guşəsi (“Şam küncü” də deyirlər) arasında yağış sularının axması üçün “Mizab al-Rahmah” adlı novça yerləşir. Bu novça 1627-ci ildə güclü yağışlar nəticəsində dağılmış Kəbə divarlarının bərpası zamanı əlavə olunub.

Novça elə qoyulub ki, Kəbənin damından axan yağış suları burada toplanaraq “Hicr İsmayıl”a (İsmayılın evinə) tökülür. Həmçinin, bu novçanın yerləşdiyi yerdə peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) dua etməsi haqda da rəvayət vardır.

Novça üzərində “Mərhəmətli və Rəhimli olan Allahın adı ilə” sözləri yazılıb. Novçanın kənarlarının iti çıxıntılara malik olması isə quşların onun kənarında otura bilməməsi üçündür. Əvvəllər taxtadan, dəmir və gümüşdən düzəldilmiş novça 1573-cü ildə ilk dəfə qızıldan düzəldilib. Qızıl novçanın uzunluğu 2.53 metr, eni isə 26 sm təşkil edir.

📷

254607-INNERRESIZED600-700-2

254606-INNERRESIZED600-700-3

254609-INNERRESIZED600-700-4

254608-INNERRESIZED600-700-6

254610-INNERRESIZED600-700-7

Mənbə: İslam-today

Sələf Xəbər: İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Seçilmişlər məqamında namaz qılın, Əbrarların (möminlərin) şərabından için.” İbn Abbasa (Allah ondan razı olsun) dedilər: “Seçilmişlərin məqamı haradı?” O dedi: “Novçanın altı.” Dedilər: “Bəs Əbrarların şərabı nədir?” O dedi: “Zəmzəm suyu.”
(Əbu Nueym əl-Əsbəhani, Tibb ən-Nəvəvi: 732).

Digər xəbərlər