Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kəbənin örtüyü belə hazırlanırmış – FOTO

Mart 02
19:55 2016

İtaliyadan gətirilən 670 kq qara ipək, 120 kq qızıl, 100 kq gümüşlə ərsəyə gələn örtük haqqında danışanda heç də təəcüblənmək lazım deyil. Axı bu şərəfli Kəbə evinin örtüyüdür. Bu örtük dünyada ildə bir dəfə dəyişilən ən bahalı örtük sayılır. Belə ki, örtüyün dəyəri təxminən 6 milyon dollardır.

Məkkə şəhərində kəbənin örtüyünü istehsal edən müəssisənin rəhbəri Prof. Məhəmməd Bacud hər il milyonlarla müsəlmanın ziyarət zamanı müşahidə etdikləri Kəbənin örtüyü haqqında “Alarabiya.net”ə danışmışdır. Müəssisə 1346-cı hicri, milad ilə 1 iyul 1927-ci ildə Kral Əbdüləzizin əmri ilə Kəbənin örtüyünü istehsal etməyə başlamış və bu günə qədər həmin işi davam etdirməkdədir.

Professorun sözlərinə görə örtük səkkiz ay ərzində ərsəyə gəlir. Bu vaxt ərzində örtük toxunma, tikilmə və işləmələrlə bəzədilmə mərhələsini keçir. Sonra köhnə örtük bir sutka ərzində yenisi ilə əvəz edilir. Örtüyün dəyişilməsi Hacıların Ərəfa çöllüyündə olduqları vaxt icra edilir. Dəyişilmə prosesi təxminən 13 saat vaxt aparır. Örtüyü dəyişən heyət yüz nəfərdə ibarət olur.

Kədənin örtüyünün üstündə 47 metr uzunluqda kəmər vardır. Kəmər yerdən 6 metr hündürlükdə olur. Kəmərin eni 95 sm olur. Ümumilikdən kəmər 16 parçadan ibarətdir.
Kəmərin altında Quran ayələri həkk olunmuş 6 parça vardır. Bundan əlavə hədiyyəlik parça və 11 ədəd qəndil də olur.

Kəbənin qapısına gəldikdə, onun ipəkdən toxunmuş qapı örtüyü vardır. Hündürlüyü 7,5, eni 4 metrdir. Örtüyün üzəri Quran ayələri və İslam ornamentləri ilə bəzədilmişdir.

Müəssisənin işi təkcə örtüyü hazırlayıb yerinə asmaqla yekunlaşmır. Örtüyün baxımı, yuyulub təmizlənməsi işlərini də müəssisə özü icra edir. Müəssisənin müxtəlif vəzifələri icra edən 210 nəfər işçisi bütün bu işlərin öhdəsindən layiqincə gəlirlər.

ortuluk4

ortuluk2

ortuluk5

ortuluk3

ortuluk1

Sələf Xəbər: “Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 125-ci ayə).

“Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).

Digər xəbərlər