Kəbənin örtüyündə ilk dəfə QIZIL KƏMƏR – Foto+Video
Oktyabr 10
18:02
2016
964 dəfə baxılıb
Selefxeber.az-ın “Tavasul” informasiya agentliyinə istinadən məlumatına görə İki Haram Məscidin idarə heyəti ilk dəfə olaraq Kəbənin “Ruknul Yəməni” adlı hissəsinə qızıl kəmər əlavə ediblər. Kəmərin uzunluğu 6 altı metrdir.
Bu gün Həcc mövsümünün yekunlaşması münasibəti ilə Kəbənin örtüyü tam açılmışdır.
Örtüyə ilk dəfə əlavə olunmuş kəmərin görüntülərini sizə təqdim edirik.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).