Kəbənin təsvir olunduğu gümüş pul buraxılıb
710 dəfə baxılıb
Tatarıstanda fəaliyyət göstərən TatFondBank üzərində Müqəddəs Kəbənin təsvir olunduğu gümüşdən hazırlanmış pul buraxıb.
“Sələf Xəbər”in İlsam-today.ru-ya istinadən xəbərinə görə, gümüş pulun dizaynı Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin mütəxəssisləri ilə birlikdə hazırlanıbdır.
Metal pulun bir tərəfində “Əl-Haram” məscidinin fonunda Müqəddəs Kəbənin rəngli şəkli təsvir olunub. Şəklin yuxarı hissəsində “Kəbə” yazısı həkk edilib.
Pulun diğər üzündə Səudiyyə Ərəbistanı və Məkkə şəhərinin yerinin qeyd olunduğu dünya xəritəsi, aşağı hissəsində isə üzüyuxarı istiqamətlənmiş aypara şəkli var.
Bundan əlavə, gümüş pulun üzərində onun hazırlandığı metalın növü və buraxıldığı il də həkk olunub.
Müqəddəs Məkkənin təsviri ilə hazırlanmış metal pul 925 əyarlı gümüşdən hazırlanıb, çəkisi 31.1 qramdır. Gümüş pul 1000 nüsxə tirajla buraxılıb. Pulun dəyəri isə 4450 rubl (76.33 man) təşkil edir.