Kəbəyə yeni müəzzinlər təyin edildi
891 dəfə baxılıb
“Sələf Xəbər”in xarici mənbələrə istinadən məlumatına görə iki Müqəddəs Məscidin Xidməti İşləri üzrə rəhbəri şeyx professor Əbdürrəhman bin Əbdüləziz əs-Sudeys Məkkə şəhərinin “əl-Həram” məscidinə dörd yeni müəzzin təyin etmişdir. Onlar Salah İdris Fulətə, Muhəmməd Ba Səəd, Suheyl Hafiz və Abdullah Xuqir adlı şəxslərdir.
Mənbənin məlumatına görə Şeyx Sudeys bazar günü günorta vaxtı öz ofisində yeni müəzzinlərlə görüşüb azanlarını dinləmiş və onlara müvəffəqiyyət arzulamışdır.
Yeni müəzzinlər Məğrib namazından sonra əl-Həram məscidinin müəzzinlərinin şeyxi hesab edilən Şeyx Əhməd Molla ilə görüşüb, onun göstəriş və tövsiyələrini dinləyiblər.
Onların yaxın bir-iki gündə öz fəaliyyətlərinə başlayacaqları ehtimal olunur.
Yeni müəzzinlər iki Müqəddəs Məscidin Xidməti İşləri üzrə rəhbəri şeyx professor Əbdürrəhman bin Əbdüləziz əs-Sudeysə, onun müavini Professor Şeyx Muhəmməd Xuzeymə və müəzzinlərin şeyxi Şeyx Əli Mollaya öz minnətdarlıqlarını bildirmişlər.
Sələf Xəbər: Şübhəsiz ki, müəzzini seçərkən səsi gözəl olanını seçmək lazımdır. Necə ki, Əbu Məhzura (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iyirmi nəfərə yaxın kişiyə azan verməyi buyurdu. Onlar da azan verdilər və Əbu Məhzuranın səsi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xoşuna gəldiyi üçün ona azanı öyrətdi:
– Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər.
– Əşhədu ən lə İləhə illəllah, əşhədu ən lə İləhə illəllah.
– Əşhədu ənnə Muhəmmədən Rasulullah, Əşhədu ənnə Muhəmmədən Rasulullah.
– Həyyə aləs salət, həyyə aləs salət.
– Həyyə aləl fələh, həyyə aləl fələh.
– Allahu əkbər, Allahu əkbər.
– Lə İləhə illəllah.
İqaməni isə iki-iki (deməyi) öyrətdi”.
(Nəsai, Tirmizi, Beyhəqi, İbn Xuzeymə və digərləri rəvayət etmişdirlər.)