Kiçik şagirddən inanılmaz böyüklük
912 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com.kw-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının orta məktəblərindən biri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Bizi aldadan bizdən deyildir” hədisinə əməl olaraq imtahanda doğru cavabı qaralayıb səhv cavab yazdığına görə 4-cü sinif şagirdini mükafatlandırıb.
“Həsən ibn Heysəm” məktəbində 4-cü sinfin imtahanına nəzarət edən Abud əs-Suheymi deyir ki, o, imtahan əsnasında şagirdlərə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Bizi aldadan bizdən deyildir” hədisini xatırladır. Bir qədər sonra isə şagirdlərdən biri ondan hədisdə keçən “bizdən deyildir” sözünün mənasını soruşur.
Müəllim də “yəni aldadan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) toplumundan deyildir və belə etmək haramdır” – deyir. Bunu eşidən şagird tələsərək doğru cavabını qaralamış və əvəzində səhv cavab yazır.
Bunu görən müəllim şagirddən qaralamağının səbəbini soruşanda, şagird, təsadüfən yanındakının vərəqində doğru cavabı gördüyünü və o da səhv cavabını pozaraq doğru cavabı yazdığını və sonra da Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) bir yerdə olması üçün doğru cavabı qaralayaraq yenidən səhv cavabını yazdığını söyləyir.
Bunu görən müəllim səhvini etiraf etdiyi üçün şagirdə öz təşəkkürünü bildirir. Sonra da məktəbin müdrinə bu hadisəni danışır.
Dünən məktəb müdriyyəti şagirdi bu gözəl hərəkətinə görə mükafatlandırıb.
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”
Qurani Kərim “ən-Nisa” surəsi 69-cu ayə