KİV: İŞİD Avropada terror aktları törətmək üçün 400 terrorçu-kamikadze hazırlayıb
1. 088 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Avropada terror aktları törətmək üçün azı 400 silahlı hazırlayıb.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat verib.
Məlumata əsasən, silahlılar İraq və Suriya ərazisindəki düşərgələrdə təlim keçiblər. Onlara xüsusilə partlayıcı maddələrdən istifadə etmək öyrədilib.
Son məlumatlara görə, martın 22-də Belçikanın paytaxtı Brüsseldə terrorçu-kamikadzelərin törətdiyi partlayışlar nəticəsində 34 nəfər ölüb, 300 nəfər yaralanıb.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.