Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Koalisiya İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə 20 hava zərbəsi endirib

Yanvar 06
18:44 2015

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə 20 hava zərbəsi endirib.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 14, İraqda isə 6 hava zərbəsi endirib.

“İraqi News agency”-nin məlumatına əsasən, bir neçə gün ərzində İraqın təhlükəsizlik qüvvələri Salahəddin əyalətində azı 26 silahlını məhv ediblər.

 Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47)

Digər xəbərlər