Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kobani niyə bu qədər önəmlidir?

Oktyabr 09
19:55 2014

“Sələf Xəbər” Akşam qəzetinə istinadən, Kobani şəhərinin niyə bu qədər önəmli olduğu barədə məlumatları təqdim edir.

İŞİD terror xəvaric qruplaşması Kobanini zəbt etməyə çalışır, şəhərdəki kürd qoşunları isə müqavimət göstərir. Axı Kobani niyə bu qədər önəmlidir?

İŞİD terror xəvaric qruplaşması Tel Abyad, Carablus və Rakkanı nəzarət altında saxlayır. Bu üçbucağın ortasında isə Kobani yerləşir. İŞİD terror xəvaric qruplaşması Kobanini ələ keçirdikdən sonra, bölgələr arasında arasıkəsilməz bir rabitə quracaq. Onların bu bölgədən başqa bölgələrə irəliləməsi də logistika cəhətdən asanlaşacaq.

Suriya Demokratik İttifaq partiyasının yanvar ayında elan etdiyi 3 əyalət muxtariyyətinin coğrafi olaraq ortasında yerləşən ərazi Kobanidir. Kobanidən təqribən 200 kilometr qərbdə Afrin, şərqdə isə Cəzirə əyaləti yerləşir. 3 əyalət arasında ərəblərin çoxluq təşkil etdiyi bölgələr var və bu bölgələr İŞİD terror xəvaric qruplaşmasının əlindədir. Kobani ələ keçirildikdən sonra, Demokratik İttifaq partiyasının nəzarətində olan əyalətlər də zəifləyəcək. İŞİD terror xəvaric qruplaşması isə çox geniş bir ərazidə hegemonluq edəcək.

Kobaninin Türkiyə üçün önəmi nədir?
Kobani ilə sərhəddə Şanlıurfanın Suruç rayonu yerləşir. İki ərazi arasında isə Mürşitpınar sərhəd keçidi var.

Kobani İŞİD terror xəvaric qruplaşmasının əlinə keçdikdə, Türkiyə-Suriya arasındakı bir sərhəd keçidi də İŞİD terror xəvaric qruplaşmasının nəzarətinə keçmiş olacaq. İŞİD terror xəvaric qruplaşması hal-hazırda Şanlıurfa Akçakale-Tel Abyad sərhəd keçidini, Qaziantep-Karkamış keçidini və Kilis Çobanbey-El Rai keçidini nəzarətdə saxlayır. Türkiyə hökuməti humanitar yardımlar və keçidlər istisna olmaqla digər hallarda bu keçidləri bağlı saxlayır.

Kobanidə döyüşlər davam etdiyi müddətdə, türk əsgərləri də ayıq-sayıqdır və sərhəddə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. 2014-cü ilin yanvar ayında Suriya Demokratik İttifaq partiyasının muxtariyyət elan etdiyi Kobaniətrafı ərazilər İŞİD terror xəvaric qruplaşması və digər suriyalı müxalif qruplarla əhatələnmişdi. Türkiyə sərhədi isə muxtariyyətin elan olunmasından bu günə qədər bağlıdır.

Türkiyənin Suriya Demokratik İttifaq partiyası ilə əməkdaşlıq etməyə razılıq verməsi üçün 3 şərt irəli sürüb: Suriya Demokratik İttifaq partiyası rejimlə əməkdaşlıq etməməli və Suriya müxaliflərinə qatılmalı, Türkiyənin təhlükəsizliyini təhdid altına salacaq fəaliyyətlərdə iştirak etməməli və muxtariyyət elanı kimi vadaredici proseslərdən kənar olmalıdır.

ABŞ-ın hədəfi nədir?
ABŞ İŞİD terror xəvaric qruplaşmasının Kobanidə irəliləməsinin qarşısını almaq üçün bölgəyə havadan hücumlarla zərbə endirib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki hal-hazırda ABŞ-ın əsl hədəfinin Bəşər Əsəd deyil, İŞİD terror xəvaric qruplaşması olduğunu bildirib. Psaki İŞİD terror xəvaric qruplaşmasına qarşı aparılan hava hücumlarının davam edəcəyini, lakin təşkilatın məhv edilməsi üçün vaxta ehtiyac olduğunu bildirmişdir.

Kobaninin əhalisi nə qədərdir?
Dəqiq bir rəqəm söylənilməsə də, Suriyada vətəndaş müharibəsindən əvvəl kürdlərdən ibarət əhalinin sayı təqribən 200 nəfər idi. Müharibədən sonra isə insanların bura köçməsi ilə əhalinin sayı artdı və Suriya Demokratik İttifaq partiyasından alınan məlumata görə bu rəqəm artıq bir milyona yaxınlaşıb. Xüsusilə Hələb, Şam və Hums şəhərlərinin kürd məhəllələrindən Kobaniyə köçənlər olub. Şəhərdə müharibədən qaçmış türkmənlər və ərəblər də yaşayır.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər