Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kobanidə son vəziyyət

Oktyabr 21
19:41 2014

“Sələf Xəbər”-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, ABŞ yük təyyarələri çəkinmədən kürd hərbiçilərinə humanitar yardım göstərə bilər, çünki “İslam dövləti” (İŞİD) terror xəvaric qruplaşması döyüşçüləri hava hücumundan müdafiə (HHM) vasitələrinə malik deyil. Bu barədə açıqlama bazar ertəsi ABŞ hökumətində verilib.

“Bizə indiyə kimi İŞİD-in HHM vasitələrinə malik olması barədə məlumat daxil olmayıb.”, açıqlamada deyilir.

Bundan öncə xəbər verilmişdi ki, ABŞ-ın hərbi təyyarəsi İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları tərəfindən mühasirədə saxlanılan Kobani şəhərini Suriya-Türkiyə sərhədində mühafizə edən kürd döyüşçülərinə silah, döyüş sursatı və dərman endirib.

ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, son günlərdə Birləşmiş Ştatlar tərəfindən İŞİD yaraqlılarının Kobani yaxınlığındakı mövqelərinə endirilən 135 zərbə onların irəliləməsinin zəiflədib və yüzlərlə terrorçunu məhv edib.

Bu ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələri beş ərəb ölkəsinin dəstəyi ilə İŞİD terror xəvaric qruplaşmasının Suriyadakı mövqelərinə ilk zərbələr endirib. Bu reydlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətərin Hərbi Hava Qüvvələri iştirak ediblər.

Kürd döyüşçüləri artıq bir aydır Kobani şəhərini müdafiə edir. Son məlumatlara görə, İŞİD terror qruplaşmasının şəhərə hücumu başladığı gündən bu yana 650 nəfər həlak olub. 200 minə yaxın dinc sakin qonşu Türkiyəyə qaçıb. Kürd şəhərinin ətrafındakı 100-dən çox kənd terrorçuların nəzarəti altındadır.

 Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD-in etdiyi cihad yox, fitnədir.”

Digər xəbərlər