Kobaniyə hücumlarında nöqtə zərbələrinin sirri açıldı
861 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən xəbər verir ki, son günlərdə ABŞ hava qüvvələrinin İŞİD terror xəvaric qruplaşmasının Kobanidəki mövqelərinə necə dəqiq zərbələr endirdiyinin sirri məlum olub.
ABŞ təyyarələrinə koordinatları Kobanidə YPG partiyasının sıralarında olan amerikalı mütəxəssislərdən ibarət heyətin verdiyi ortaya çıxıb.
ABŞ təyyarələrinin Kobanidə hansı binanın İŞİD terror xəvaric qruplaşmasına aid olduğunu, hansı küçədə isə münaqişə baş verdiyini haradan bildiyi hər kəsə maraqlı idi.
Bu sualın cavabını Kobani sərhədinə yollanmış və münaqişələri yaxından izləyən Türkiyənin “Star” qəzetinin müxbiri Ardan Zentürk öz məqaləsində verib.
Hər kəsi maraqlandıran sualın cavabı isə budur:
Kobanidə olan amerikalı mütəxəssislərdən ibarət heyət pilotlara lazerlə mövqeləri göstərir “Əvvəlcə Amerika təyyarəsinin səsini eşidirsiniz. Təyyarə gəlir, heç bir hava təhlükəsizliyi müqaviməti ilə üzləşmədən, sanki təlim keçirmiş kimi Kobaninin üzərindən uçur, qərbə doğru, Yumurtalık bölgəsi istiqamətində irəliləyir, yüksəlir və bir neçə saniyə sonra yeri-göyü silkələyən o partlayış eşidilir. Mürşitpınar sərhəd keçidinə 150 metrə qalmış, keçiddən şərqdə 200 metr məsafədə İŞİD ilə DİP-nın (Demokratik İttifaq Partiyası) münaqişəsi davam edirdi. Zirehli maşınlarda hərbi məmurlar bizə olduğumuz bölgədə uzun müddət qala bilməyəcəyimizi, münaqişə edən tərəflərə çox yaxın olduğumuzu söylədilər. Mərmi elə o an atıldı. Böyük partlayış və sonra araya səssizlik çökdü! Qara tüstü dumanının yayıldığı an neçə nəfərin öldüyünü bilmək mümkün deyil, amma münaqişənin bir anda dayanması ilə hər şey aydınlaşır.
Kobani kimi kiçik bir mahalın içində küçə döyüşünə havadan bu cür dəqiq müdaxilə “müdafiə olunmağa çalışan” tərəfin də itki verməsi ilə nəticələnmirmi? Kəşfiyyat mənbələri bildirir ki, “Kobanidə Demokratik İttifaq Partiyasının tərkibində mütəxəssislərdən ibarət heyət var, onlar İŞİD terror xəvaric qruplaşmasının mövqelərini lazerlə işarə edirlər və pilotlar yanılmır”. Yaxşı, bəs amerikalı mütəxəssislər ora necə girib?
Sələf Xəbər: İmam ibn əs-Sələh demişdir: “Əsli qayda budur ki, dünyada qeyri-müsəlmanların mövcudluğu icazəlidir, çünki Uca Allah məxluqların öldürülməsini istəmir və onları öldürülmək üçün Yaratmayıb! Həqiqətən, Allah (qeyri-müsəlmanların) küfrünün əvəzi olaraq yox, yalnız onlardan zərər gəldiyi halda onları öldürməyi icazəli edib! Axı bu dünya qisas dünyası deyil, əməllərin əvəzi isə Hesab günündə veriləcək. Və əgər qeyri-müsəlmanlar müsəlmanların rəhbərinə çevrilir və bizim hökmlərimizə riayət edirlərsə, o zaman biz məişət məsələlərində onlardan fayda götürməliyik. Bizim onları öldürmək üçün səbəbimiz qalmır, onların əvəzi isə Allah qatındadır. Axı elə ola bilər ki, qeyri-müsəlmanlar müsəlman ölkəsində ikən, Allahın onların fitrətlərinə qoyduqlarını görsünlər. Belə olduğu halda, “Əsli qayda budur ki, kafirləri öldürmək lazımdır!” demək qadağandır (“Fətəva İbn əs-Sələh 224).